“Çelsi” müdafiə xəttini gücləndirmək üçün “Kristal Pelas”ın mərkəz müdafiəçisi Maksans Lakruanın keçidini tamamlamaq üzrədir.
İdmanxeber.az-ın məlumatına görə, London klubu 25 yaşlı fransız üçün təxminən 52 milyon funt ödəməyə hazırdır. Tərəflər arasında danışıqlar son mərhələyə çatıb və rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi gözlənilir.
Lakrua ötən mövsüm bütün turnirlərdə 45 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

