24 İyul 2026
Kateqoriyasız

ÇSKA – “Qarabağ” matçının biletləri satışa çıxarıldı

ÇSKA (Sofiya) Avropa Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”a qarşı keçiriləcək cavab görüşünün biletlərini satışa çıxarıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə Sofiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Fanatlar oyunun biletlərini həm onlayn, həm də matçın keçiriləcəyi “Vasil Levski” stadionunun kassalarından və klubun rəsmi mağazasından əldə edə biləcəklər. 

ÇSKA – “Qarabağ” matçının biletləri 12 avrodan 100 avroya qədərdir. 

Qeyd edək ki, görüş iyulun 30-da baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43