24 İyul 2026
Dünya futbolu

“Bavariya” heyətində ayrılıq: Qoretska Səudiyyə Ərəbistanına gedə bilər

“Əl-Nəsr” “Bavariya”nın təcrübəli yarımmüdafiəçisi Leon Qoretskanın transferi üçün danışıqları sürətləndirib.

İdmanxeber.az-ın məlumatına görə, Almaniya klubu 31 yaşlı futbolçunun ayrılığına qarşı deyil və uyğun təklif gələcəyi halda transferə razılıq verməyə hazırdır. Səudiyyə Ərəbistanı təmsilçisi ona yüksək maaşlı müqavilə təklif edib.

Qoretska ötən mövsüm bütün turnirlərdə 41 oyunda 7 qol vurub, 5 məhsuldar ötürmə edib. “Bavariya” isə mümkün ayrılıqdan sonra maaş büdcəsini azaltmağı və yeni transferlər üçün maliyyə imkanı yaratmağı planlaşdırır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43