23 İyul 2026
Dünya futbolu

“Roma” braziliyalının transferini başa çatdırmağa yaxındır

“Roma” Braziliyanın “Flamenqo” klubunda çıxış edən sağ cinah müdafiəçisi Ueslinin transferində həlledici mərhələyə çatıb.

İdmanxeber.az-ın məlumatına görə, Tərəflər bonuslarla birlikdə təxminən 30 milyon avroluq keçid üzərində razılığa yaxındır. 21 yaşlı futbolçu ötən mövsüm 31 oyunda 2 qol vurub, 5 məhsuldar ötürmə edib.

Onun yaxın günlərdə İtaliyaya yollanacağı gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43