23 İyul 2026
Ölkə futbolu

“Sabah”, “Neftçi” və “Fənərbağça”nın oyunlarını yayımlanacaq kanal müəyyənləşdi

Növbəti həftə avrokuboklarda mübarizə aparan təmsilçilərimiz — “Sabah” və “Neftçi”, eləcə də  Türkiyənin ən köklü klublarından “Fənərbağça”nın oyunları İctimai Televiziyada canlı yayımlanacaq.

İdmanxeber.az xəbər verir ki, bu barədə telekanalın sosial şəbəkə hesabından paylaşım edilib:

28 iyul, saat 19:00
UEFA Çempionlar Liqası, II təsnifat mərhələsinin cavab oyunu
“KuPS” (Finlandiya) — “Sabah” (Azərbaycan)

29 iyul, saat 22:00
UEFA Çempionlar Liqası, II təsnifat mərhələsinin cavab oyunu
“Qurnik Zabre” (Polşa) — “Fənərbağça” (Türkiyə)

30 iyul, saat 21:00
UEFA Konfrans Liqası, II təsnifat mərhələsinin cavab oyunu
“Dinamo Minsk” (Belarus) — “Neftçi” (Azərbaycan)

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43