“Everton” yay transfer pəncərəsində hücum xəttini gücləndirmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, Liverpul təmsilçisi “Bolonya”nın cinah oyunçusu Jonathan Rove ilə bağlı danışıqlara start verib. Klub eyni zamanda Jens Petter Hauge və Alistair Johnston variantlarını da nəzərdən keçirir.
Baş məşqçi David Moyes yeni mövsümdə daha sürətli hücum xətti qurmaq niyyətindədir.
Rove ötən mövsüm bütün turnirlərdə 39 oyunda 11 qol vurub və 8 məhsuldar ötürmə edib.

