“Arsenal” “Sportinq”in dayaq yarımmüdafiəçisi Morten Hjulmandı transfer etmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, London klubu danışıqlara başlayıb və yaxın günlərdə rəsmi təklif göndərməyi planlaşdırır. Portuqaliya təmsilçisi isə kapitanını yalnız yüksək məbləğ qarşılığında buraxmağa razıdır.
Mikel Arteta yarımmüdafiədə rəqabəti artırmaq üçün 26 yaşlı danimarkalını əsas namizədlərdən biri hesab edir. Tərəflər arasında danışıqların davam etdiyi bildirilir.
Hjulmand 2025/26 mövsümündə “Sportinq”in heyətində bütün turnirlərdə 48 oyuna çıxıb, 4 qol vurub və 5 məhsuldar ötürmə edib.

