22 İyul 2026
Dünya futbolu

“Aston Villa” Qarnaço üçün təklif göndərdi

“Aston Villa” “Çelsi”nin cinah hücumçusu Alexandro Qarnaçonu heyətinə qatmaq istəyir.

İdmanxeber.az-ın məlumatına görə, Birminhem təmsilçisi satınalma şərti ilə icarə variantını ehtiva edən təklif təqdim edib. Baş məşqçi Unay Emeri argentinalı futbolçunu yeni mövsüm üçün əsas hədəflərdən biri hesab edir.

22 yaşlı oyunçu ötən mövsüm 37 matçda 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Danışıqların davam etdiyi bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43