22 İyul 2026
Ölkə futbolu

“Neftçi” – “Dinamo” matçına nə qədər bilet satılıb?

Bu gün “Neftçi” Avropa Konfrans Liqasında mübarizəyə start verəcək.

İdmanxeber.az xəbər verir ki, “ağ-qaralar” turnirin 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Dinamo” (Belarus) ilə qarşılaşacaq.

Saytımıza verilən məlumata görə,  “Palms Sports Arena”da baş tutacaq matça 5 min bilet satılıb. Satışların davam etdiyi və oyun saatına qədər azarkeş sayının artacağı gözlənilir.

Xatırladaq ki, “Neftçi” – “Dinamo” qarşılaşması saat 20:00-da başlanacaq.

Cavab görüşü iyulun 30-da Bolqarıstanda baş tutacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43