“Sabah”ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Finlandiya təmsilçisi “KuPS” üzərində 1:0 hesablı qələbəsi Azərbaycanın UEFA reytinqinə daha 0,250 xal qazandırıb.
İdmanxeber.az-ın məlumatına görə, bununla ölkəmizin ümumi əmsalı 20,312-yə yüksəlib. Azərbaycan 26-cı pillədəki yerini qoruyur.
25-ci sırada 20,750 xalla İsrail, 27-ci yerdə isə 18,750 xalla Slovakiya qərarlaşıb.
Azərbaycan klubları bu mövsüm avrokubokların təsnifat mərhələsində keçirdikləri 7 oyunun hamısını qələbə ilə başa vurublar.

