22 İyul 2026
Dünya futbolu

“Sportinq” Avstraliya futbolunun rekord transferini reallaşdırdı

“Sportinq” “Uotford”dan avstraliyalı hücumçu Nesteri İrankundanın transferini rəsmiləşdirib.

İdmanxeber.az-ın məlumatına görə, Portuqaliya klubunun bu keçid üçün təxminən 17 milyon avro ödədiyi bildirilir. Bu məbləğ Avstraliya futbolu tarixində bir oyunçu üçün ödənilən ən yüksək transfer haqqıdır.

Lissabon təmsilçisi əvvəlcə 12 milyon avroluq təklif etsə də, sonradan bonuslarla birlikdə məbləği artıraraq razılıq əldə edib. 20 yaşlı hücumçu ötən mövsüm “Uotford”un heyətində uğurlu çıxışı ilə diqqət çəkib, Avstraliya millisində isə 19 oyunda 6 qola imza atıb.

.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43