Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu “Vest Hem”in niderlandlı cinah oyunçusu Krisensio Summervillin transferi ilə bağlı razılıq əldə edib.
İdmanxeber.az-ın məlumatına görə, keçidin dəyərinin təxminən 60 milyon funt sterlinq olacağı bildirilir. Futbolçu ilə “Roma” da yaxından maraqlansa da, ərəb klubu daha sərfəli maliyyə təklifi ilə yarışı qazandı. 24 yaşlı vinger ötən mövsüm dünya çempionatında Niderland millisinin əsas simalarından biri olub.
Klub səviyyəsində isə məhsuldar çıxışı sayəsində Avropanın bir sıra komandalarının diqqətini cəlb etmişdi

