22 İyul 2026
Dünya futbolu

Paytaxt klubu norveçli futbolçunu transfer edir

“Roma” “Benfika”nın cinah oyunçusu Andreas Şelderupu transfer etmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, komandanın baş məşqçisi heyətin hər iki cinahını gücləndirməyi tələb edib və norveçli futbolçu əsas namizədlərdən biri sayılır. Lakin İtaliya klubunu çətin rəqabət gözləyir.

Belə ki, “Tottenhem” və “Liverpul” da 22 yaşlı futbolçunu yaxından izləyir. Şelderup ötən mövsüm bütün turnirlərdə 43 oyunda 10 qol vurub, 7 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43