22 İyul 2026
Dünya futbolu

“Arsenal” Bruno Gimarayeş üçün danışıqlara başladı

“Arsenal” “Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimarayeşi transfer etmək üçün rəsmi danışıqlara başlayıb.

İdmanxeber.az-ın məlumatına görə, London klubu braziliyalı futbolçu üçün təxminən 60 milyon funt sterlinqlik təklif hazırlayır. “Topçular”ın baş məşqçisi Mikel Arteta orta xətti daha da gücləndirmək istəyir.

28 yaşlı futbolçu ötən mövsüm bütün turnirlərdə 46 oyunda 8 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Onun “Nyukasl”la müqaviləsi davam etsə də, tərəflər arasında danışıqların sürətləndiyi bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43