22 İyul 2026
Dünya futbolu

Reşford uğrunda üç nəhəng klub yarışır

“Mançester Yunayted”in hücumçusu Markus Reşfordun gələcəyi qeyri-müəyyən olaraq qalır.

İdmanxeber.az-ın məlumatına görə, “Arsenal”, “Tottenhem” və “Çelsi” ingiltərəli futbolçunun vəziyyətini yaxından izləyir.

28 yaşlı hücumçu ötən mövsüm bütün turnirlərdə 43 oyunda 17 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43