“Neftçi” ötən mövsüm icarə əsasında komandada çıxış edən Fredi Varqasın transfer hüquqlarını alıb.
İdmanxeber.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb. Varqas 2+1 il ərzində “ağ-qaralar”ın formasını geyinəcək.
Qeyd edək ki, Varqas 2025-ci ilin yayında İsrailin “Makkabi” (Netanya) klubundan satınalma hüququ ilə 1 il müddətinə icarəyə götürülmüşdü. 27 yaşlı ön xətt oyunçusu bu müddət ərzində 34 rəsmi matça çıxıb, 5 qol, 8 assist müəllifi olub.

