“Barselona” Kərim Adeyemini bitirməyə yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, “Barselona” Dortmund “Borussiya”sının hücumçusu Kərim Adeyeminin transferini tamamlamaq üzrədir.
Tərəflər arasında razılıq əldə olunub və yaxın günlərdə transferin rəsmiləşməsi gözlənilir.
24 yaşlı alman futbolçu ötən mövsüm bütün turnirlərdə 46 oyunda 17 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

