“Mançester Yunayted” “Real”ın yarımmüdafiəçisi Orelyen Çuameni ilə maraqlanır.
İdmanxeber.az-ın məlumatına görə, İngiltərə klubu müdafiəyönümlü yarımmüdafiə xəttini gücləndirmək üçün 26 yaşlı fransız futbolçu ilə bağlı ilkin sorğu göndərib.
“Kral klubu” isə oyunçunu satmağa həvəsli deyil və onunla yeni müqavilə imzalamağı planlaşdırır.
Çuameni ötən mövsüm bütün turnirlərdə 49 oyunda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

