Mərakeş millisinin 18 yaşlı yarımmüdafiəçisi Ayyub Buaddi uğrunda transfer yarışı qızışıb.
İdmanxeber.az-ın məlumatına görə, “Mançester Siti”, “Arsenal” və “Mançester Yunayted”in futbolçunu heyətinə qatmaq istədiyi bildirilir. “Lill” gənc istedadı satmağa tələsməsə də, təxminən 100 milyon avro dəyərində təklif olacağı təqdirdə danışıqlara başlaya bilər.
Buaddi Dünya çempionatında keçirdiyi 5 oyunda təxminən 90 faiz dəqiq ötürmə göstəricisi ilə seçilərək Avropanın aparıcı klublarının diqqətini cəlb edib.

