“Neftçi” 2026/27 mövsümündə UEFA Konfrans Liqasındakı mübarizəyə başlayır.
İdmanxeber.az-ın məlumatına görə, “ağ-qaralar” turnirin 2-ci təsnifat mərhələsinin ilk oyununda Minsk “Dinamo”su ilə üz-üzə gələcək.
Bakıdakı “Palms Sports Arena”da keçiriləcək görüş yerli vaxtla saat 20:00-da başlayacaq.
Komandalar arasında cavab matçı isə iyulun 30-da Bolqarıstanın Stara-Zaqora şəhərindəki “Beroe” stadionunda keçiriləcək.
20:00. “Neftçi” – “Dinamo”
Baş hakim: Kostas Fellas, Kipr

