22 İyul 2026
Ölkə futbolu

“Çalışacağıq ki, rəqibin oyununu pozaq” – Rəşad Sadıqov 

“Zirə” UEFA Konfrans Liqası II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Estoniyada “Payde”nin qonağı olacaq.

İdmanxeber.az xəbər verir ki, Azərbaycan təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Hər iki komanda növbəti mərhələyə yüksəlmək istəyir. İlk oyun olduqca önəmlidir. Rəqib evdə oynayır, qələbə qazanmağa çalışacaq. Bizim də öz istəklərimiz var. “Payde” avrokuboklarda təcrübəli komandadır. Sabah bizi maraqlı və gərgin oyun gözləyir.

Əvvəlki rəqibiniz “Torpedo” ilə “Payde” arasında hansı fərqlər var?

– Rəqibləri oyun fəlsəfələri arasında oxşarlıqlar var. Hər iki komanda topla oynamağa üstünlük verir, standart vəziyyətlərdə təhlükəlidirlər. Bizim yaxşı formada olmağımız çox önəmli olacaq. Çalışacağıq ki, rəqibin oyununu pozaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43