MLS-in 16-cı turunda Azərbaycan millisinin üzvü Nəriman Axundzadənin çıxış etdiyi “Kolombus Kryu” doğma meydanda “Nyu York Siti”ni qəbul edib.
İdmanxeber.az-ın məlumatına görə, yığmamızın futbolçusu görüşə əsas heyətdə yer alıb. Matç qonaqların qələbəsilə başa çatıb – 2:1.
Nəriman oyunun 83-cü dəqiqəsində əvəzlənib.
Xatırladaq ki, “Kolombus Kryu” 16 xalla 11-ci yerdə qərarlaşıb.

