Bir müddət öncə ötən mövsüm ölkə çempionu olan “Turan” Voleybol Klubunun prezidenti Həsən Zeynalov “Turan Tovuz”un İdarə Heyəti sədrinin birinci müavini təyin edildi.
İdmanxeber.az-a verilən məlumata görə, klubda yeni təyinatın gerçəkləşməsi Tovuz təmsilçisinin maliyyə gücünü də artıracaq. Belə ki, Zeynalovun əli “Turan Tovuz” büdcəsinin xeyli zənginləşməsi gözlənilir.
Məhz onun səyləri nəticəsində kluba daha bir sponsorun cəlb ediləcəyi bildirilir. Yeni sponsor “Turan Tovuz”a kifayət qədər yüksək bir məbləğ – 5 milyon manata yaxın pul ayıracaq.
Bu da növbəti mövsüm komandanın daha da güclü heyət formalaşdırmasına və inkişafına təkan olacaq.
Tovuz təmsilçisində hazırda bu istiqamətdə ciddi hərəkətlilik var. Yaxın günlərdə bu barədə ictimaiyyətə məlumat veriləcəyi gözlənilir.

