Emin Mahmudov “Neftçi”nin heyətində avrokuboklarda 10-cu qolunu vurub.
İdmanxeber.az PFL-ə istinadən xəbər verir ki, yarımmüdafiəçinin yubiley topu UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Dinamo” (Minsk, Belarus) ilə ilk görüşünə təsadüf edib.
Emin “ağ-qaralar”ın heyətində çıxdığı 26-cı avrokubok görüşündə 10-cu qolunu vurub.
O, Azərbaycan klublarının heyətində 10 və daha çox qol vuran 6-cı futbolçu olub. Qeyd edək ki, Mahmudov “Neftçi”nin qitə klub turnirlərində ən məhsuldar oyunçusudur.

