“Barselona” yay transfer pəncərəsində hücum xəttini gücləndirmək üçün alternativ variantlar üzərində işləyir.
İdmanxeber.az-ın məlumatına görə, Kataloniya təmsilçisinin siyahısında Duşan Vlahoviç və Darvin Nunyes yer alır. Klub əsas hədəf olan Xulian Alvaresi transfer edə bilməsə, bu futbolçulardan birinə yönələcək.
Vlahoviç ötən mövsüm 44 oyunda 24 qol, Nunyes isə 46 matçda 19 qol və 8 assistlə çıxış edib.

