“Nottinqem Forest”in vingeri Noa Lanq “Marsel”in transfer siyahısında ilk sıralardadır.
İdmanxeber.az-ın məlumatına görə, Fransa klubu yaxın günlərdə rəsmi təklif göndərməyə hazırlaşır. 26 yaşlı niderlandlı futbolçu sürəti və fərdi keyfiyyətləri ilə Roberto De Zerbinin planlarına uyğun hesab edilir.
O, ötən mövsüm 41 oyunda 14 qol vurub və 12 məhsuldar ötürmə edib.

