23 İyul 2026
Ölkə futbolu

Niderlandlı futbolçu “Şəfa”da – RƏSMİ

“Şəfa” klubu daha bir futbolçunu heyətinə qatıb.

İdmanxeber.az xəbər verir ki, niderlandlı müdafiəçi Kristofer Mamengi ilə 1+1 illik müqavilə imzalanıb.

25 yaşlı oyunçu ölkəsində “Utrext” və “Almere”, Kosovoda isə “Priştina” klublarının formasını geyinib. O, eyni zamanda Niderlandın aşağı yaş qrupları üzrə milli komandalarında da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43