“Barselona” heyətini Almaniya millisinin üzvü Kərim Adeyemi ilə gücləndirib.
İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubu 24 yaşlı cinah oyunçusu ilə 2031-ci ilin yayına qədər müqavilə imzalayıb. Mətbuatın yazdığına görə, transferin dəyəri bonuslarla birlikdə təxminən 22 milyon avrodur.
Adeyemi 2022-ci ildən çıxış etdiyi Dortmund “Borussiya”sında 146 oyunda 36 qol vurub və 24 məhsuldar ötürmə edib.

