23 İyul 2026
Ölkə futbolu

Avropa Liqası: “Qarabağ” ÇSKA-nı qəbul edir

Bu gün UEFA Avropa Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.

İdmanxeber.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” da meydana çıxacaq.

Qurban Qurbanovun komandası Bakıda Bolqarıstanın SSKA klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq

Komandalar iyulun 30-da Sofiyada cavab matçına çıxacaqlar.

23 iyul

UEFA Avropa Liqası

2-ci təsnifat mərhələsinin ilk oyunu

20:00.”Qarabağ” (Azərbaycan) – SSKA (Bolqarıstan)

Baş hakim: Daniele Çiffi (İtaliya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43