“Mançester Siti”nin qapıçısı Ceyms Trafford karyerasını “Lids Yunayted”də davam etdirməyə yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, 23 yaşlı qolkiper əsas heyətdə müntəzəm oynamaq istədiyi üçün ayrılmağa qərar verib. Bildirilir ki, o, “Lids”in ən yüksək maaş alan futbolçularından biri olacaq.
Trafford ötən mövsüm bütün turnirlərdə 17 oyunda iştirak edib, lakin Canluici Donnarummanın gəlişindən sonra əsas heyətdə yerini itirib.

