25 İyul 2026
Ölkə futbolu

“Zirə” səfərdə uduzdu 

Bu gün “Zirə” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində ilk oyununa çıxıb.

İdmanxeber.az xəbər verir ki, Rəşad Sadıqovun komandası Estoniyada “Payde”nin qonağı olub. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu komandalar arasındakı cavab oyunu iyulun 30-da Sumqayıtda keçiriləcək.

Cütün qalibi 3-cü mərhələdə “Santa Koloma” (Andorra) – “Rapid” (Avstriya) cütünün güclüsü ilə görüşəcək

Konfrans Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyun

23 iyul

20:00. “Payde” (Estoniya) – “Zirə” (Azərbaycan) – 1:0 

Qol: Pa Abdou Çam, 87

Hakimlər: Roman Jitari, Viktor Mardari, Andrey Bodean, Andrey Brequta (hamısı Moldova)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43