“Çelsi” İngiltərənin “Uiqan” klubundan 18 yaşlı yarımmüdafiəçi Harrison Bettoninin transferini rəsmən açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu 2030-cu ilin yayına qədər müqavilə imzalayıb. London təmsilçisi bu keçidi gələcəyə yatırım kimi qiymətləndirir və oyunçunun əvvəlcə U-21 komandasında çıxış etməsi planlaşdırılır.
Gənc oyunçu ötən mövsüm “Uiqan”ın əsas komandasında 27 oyunda 4 qol vurub.

