24 İyul 2026
Ölkə futbolu

“Neftçi”nin zədələnən futbolçusunun durumu müəyyənləşdi – Cavab oyununa çıxa biləcək?

“Neftçi”nin Konfrans Liqası II turu çərçivəsində “Dinamo”ya qarşı oyunda zədələnən futbolçusu Emil Balayevin durumuna aydınlıq gəlib.

İdmanxeber.az-a verilən məlumata görə, millimizin üzvünün dizində ağrılar olduğu üçün məcburi əvəzlənmişdi. Ancaq onun durumu ciddi deyil. 

Balayev baş məşqçi Yuri Vernidub şans verəcəyi təqdirdə, cavab görüşündə meydana çıxa biləcək.

Xatırladaq ki, “Dinamo” – “Neftçi” matçı ayın 30-da, saat 21:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43