“Arsenal” “Nyukasl”ın braziliyalı yarımmüdafiəçisi Bruno Gimarayeşi transfer etmək niyyətindən əl çəkməyib.
İdmanxeber.az-ın məlumatına görə, London klubu futbolçunu yay transfer pəncərəsinin sonuna qədər heyətinə qatmağa çalışacaq. “Nyukasl” isə komandanın aparıcı simalarından olan 28 yaşlı oyunçunu satmağa tələsmir.
Bruno ötən mövsüm bütün turnirlərdə 49 matçda 8 qol vurub, 11 məhsuldar ötürmə edib və komandasının ən stabil futbolçularından biri olub.

