24 İyul 2026
Ölkə futbolu

Millimiz Qazaxıstana qarşı

Bu gün Azərbaycanın çimərlik futbolu üzrə millisi növbəti yoldaşlıq oyununa çıxacaq.

İdmanxeber.az xəbər verir ki, yığmamız Bakıda təlim-məşq toplanışında olan Qazaxıstan millisi ilə üz-üzə gələcək.

Görüş Su İdmanı Sarayının çimərlik futbolu meydançasında keçiriləcək. Qarşılaşmanın start fiti saat 19:00-da səslənəcək. Qeyd edək ki, bu matç hər iki komanda üçün qarşıdakı rəsmi turnirlərə hazırlıq xarakteri daşıyır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43