İngiltərənin “Nottingem Forest” klubu PSJ-nin hücumçusu Qonçalu Ramuşu heyətinə qatmaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, ingilis klubu portuqaliyalı futbolçunu satınalma şərti ilə icarəyə götürməyi planlaşdırır. PSJ isə yalnız məcburi satınalma bəndinin müqaviləyə daxil ediləcəyi halda bu variantı nəzərdən keçirməyə hazırdır.
Danışıqların davam etdiyi bildirilir.
Qonçalu Ramuş ötən mövsüm PSJ-nin heyətində 41 matçda iştirak edib, 16 qol vurub və 6 məhsuldar ötürmə edib.

