“Kəpəz” uzun müddət sonra rəqiblərini doğma meydanda – Gəncədə qəbul edəcək. “Sarı-göylər” yeni təmir olunmuş Gəncə stadionunda azarkeşləri önündə yaxşı nəticə üçün mübarizə aparacaq.
Artı klub rəhbərliyi Gənclər və İdman Nazirliyi ilə razılaşıb. Nazirliyin balansında olan arena klubun xidmətlərinə verilib.
Ancaq doğma meydanda oynamaq “Kəpəz” rəhbərliyinə heç də ucuz başa gəlməyəcək. Klub bunun üçün nazirliyə kifayət qədər yüksək məbləğ ödəyəcək.
Belə ki, rəhbərlik hər ev oyunu üçün 12 min manatından keçməlidir. Tərəflər arasında məhz bu şərtlə müqavilə imzalanıb.
Ay ərzində iki dəfə doğma meydanda mübarizə aparacaq komanda bunun üçün nazirliyə 24 min icarə haqqı ödəməlidir. Bu, sponsor dəstəyi olmayan Gəncə təmsilçisi üçün ciddi məbləğdir.
İdmanxeber.az

