Uzun müddətdir mətbuatda Azərbaycan II Liqası ilə bağlı ciddi xəbərlər dolaşırdı. İddia edilir ki, növbəti mövsüm çempionatda komanda sayı və büdcə artımı gözlənilir.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, yazılanlar doğru deyil. Növbəti mövsüm Azərbaycan II Liqası ilə bağlı ciddi dəyişiklik gözlənilmir.
AFFA-nın gündəmində nə komanda sayı, nə də büdcə artımı var. Çempionat eynən ötən mövsüm olduğu kimi 12 komanda ilə keçiriləcək. Klublara ayrılan illik 58 min manatlıq dotasiyada da dəyişiklik olmayacaq.
Federasiya ən yaxşı halda 2027-2028 mövsümündə müəyyən yeniliklər edə bilər. Büdcənin də artımı məhz həmin illərə planlanır.

