27 İyul 2026
Ölkə futbolu

Azərbaycanlı baş məşqçi bölgə klubundan getdi 

Azərbaycan I Liqa klubu “Zaqatala”da baş məşqçi ayrılığı yaşanıb.

İdmanxeber.az-ın məlumatına görə, bölgə təmsilçisinin çalışdırıcısı Rüstəm Məmmədov postundan gedib. O, bu barədə sosial şəbəkədə paylaşım edib. 

Təcrübəli məşqçi bildirib ki, klub ona yeni müqavilə təklif etsə də, qəbul etməyib. Məmmədov karyerasında yeni səhifə açmaq niyyətində olduğunu bildirib.

Xatırladaq ki, mütəxəssis 9 ildir Zaqatala klubunda çalışırdı.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43