“Mançester Siti”nin cinah oyunçusu Savinyonun karyerasını “Tottenhem”də davam etdirməsi gözlənilir.
İdmanxeber.az-ın məlumatına görə, London klubu braziliyalının transferi üçün danışıqlarda ciddi irəliləyiş əldə edib. “Milan” da futbolçunu heyətinə qatmaq istəsə də, hazırda “Tottenhem” favorit hesab olunur. “
22 yaşlı futbolçunun mümkün keçidinin 50-55 milyon avroya başa gələcəyi bildirilir. Savinyo ötən mövsüm 45 oyunda 8 qol vurub və 14 məhsuldar ötürmə edib

