Azərbaycanlı hakimlər növbəti mövsümün hazırlıqlarına start verib.
İdmanxeber.az-a verilən məlumata görə, ədalət təmailçiləri bu ayın əvvəlindən məşqləri davam etdirir. Bakıda toplanan hakimlərimiz artıq bir neçə normativlərdən keçib.
Bunlarla yanaşı, referilər yeni mövsümdən tətbiq ediləcək VAR qaydaları ilə da tanış olur. UEFA-dan göndərilən təlimlər izlənir və hakimlərə izah edilir. Yeni qaydaların məşqlərinə də artıq başlanıb.
Xatırladaq ki, Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümündən etibarən tətbiq ediləcək əsas yenilikləri ikinci sarı vərəqədən sonra verilən qırmızı vərəqələrin VAR tərəfindən yoxlanılması, küncdən zərbə qərarlarına video-hakimlərin müdaxilə imkanıdır. Həmçinin Azərbaycan Premyer Liqası matçlarında havanın temperaturu 32 dərəcədən yüksək olarsa, baş hakimin qərarı ilə hər hissədə bir dəfə su fasiləsi veriləcək.

