27 İyul 2026
Dünya futbolu

Almaniyalı futbolçu “Barselona”ya keçir?

Almaniya millisinin yarımmüdafiəçisi Leon Qoretskanın karyerasını “Barselona”da davam etdirəcəyi ilə bağlı yayılan xəbərlər təsdiqini tapmayıb.

İdmanxeber.az xəbər verir ki, hazırda azad agent statusunda olan futbolçu gələcək karyerası ilə bağlı qərarını yaxın vaxtlarda verəcək.

Mənbə bildirir ki, son günlər yayılan iddiaların əksinə Kataloniya klubu alman yarımmüdafiəçi üçün rəsmi addım atmayıb.

30 yaşlı futbolçu ötən mövsüm “Bavariya”nın heyətində bütün turnirlərdə 42 oyuna çıxıb, 7 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43