“İmişli” heyətini Fildişi Sahilindən olan yarımmüdafiəçi Yvan Seninlə gücləndirib.
İdmanxeber.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
19 yaşlı futbolçu ilə “2+1” illik müqavilə imzalanıb.
Qeyd edək ki, əsasən dayaq yarımmüdafiəçisi kimi çıxış edən Y.Senin karyerası ərzində “Abican Siti”, “Sportinq”in (Portuqaliya) U-19 komandası və son olaraq Azərbaycanın “Şimal” klubunun formasını geyinib.

