27 İyul 2026
Dünya futbolu

Premyer Liqa klubu “Real”ın hücumçusu ilə danışıq aparır

İngiltərənin “Fulhem” klubu “Real Madrid”in hücumçusu Qonsalo Qarsiyanı transfer etmək istəyir.

İdmanxeber.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb. Mənbənin iddiasına görə, London təmsilçisi bu həftə “Real” ilə rəsmi danışıqlara başlayacaq.

Madrid klubu isə 21 yaşlı futbolçunun transferi üçün yüksək məbləğ tələb edir. Bununla yanaşı, “kral klubu” gələcəkdə oyunçu üzərində müəyyən hüquqlarını qorumaq məqsədilə müqaviləyə geri satınalma və ya növbəti satışdan pay maddəsi daxil etməyə çalışacaq.

Qonsalo Qarsiya ötən mövsüm “Real”ın əsas və əvəzedici komandalarında ümumilikdə 47 oyunda 31 qol vurub, 7 məhsuldar ötürmə edib.

Gənc hücumçunun Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər qüvvədədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43