28 İyul 2026
Ölkə futbolu

“Sabah”ın Çempionlar Liqası oyununa necə baxaq?

“Sabah” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçına çıxır.

İdmanxeber.az-ın məlumatına görə, paytaxt klubunun “KuPS”a qarşı görüşü ölkəmizdə canlı yayımlanacaq. Azarkeşlər təmsilçimizin matçını İTV vasitəsilə izləyə biləcəklər.

Xatırladaq ki, “Sabah” ilk oyunda rəqibini 1:0 hesabı ilə məğlub edib. Bugünku qarşılaşma saat 19:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43