Fransa Futbol Federasiyası milli komandanın yeni baş məşqçisinin adını rəsmən açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, yığmanın sükanı arxasına əfsanəvi futbolçu və tanınmış mütəxəssis Zinəddin Zidan gətirilib.
54 yaşlı çalışdırıcı ilə 2030-cu il iyunun 30-na qədər qüvvədə olacaq müqavilə imzalanıb.
Beləliklə, Zidan uzun illər Fransa millisini çalışdıran Didye Deşamı əvəz edib.

