“Mançester Yunayted” heyətini yeni cinah oyunçusu ilə gücləndirmək istəyir.
İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, İngiltərə nəhəngi hazırda “Yuventus”un portuqaliyalı futbolçusu Fransişku Konseysaonu əsas transfer hədəflərindən biri hesab edir.
Məlumata görə, “qırmızı şeytanlar” 23 yaşlı vinger üçün təxminən 43 milyon funt sterlinq ödəməyə hazırdır. Tərəflər arasında danışıqların yaxın günlərdə sürətlənəcəyi gözlənilir.
Konseysao ötən mövsüm bütün turnirlərdə 44 oyunda 8 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

