Qusar Azərbaycan I Divizionunda yeni klubla təmsil oluna bilər.
İdmanxeber.az-a daxil olan məlumata görə, “Metak” yeni mövsümdən divizionda iştirak etmək üçün AFFA-ya şifahi müraciət edib. Qusar təmsilçisi şərtlərlə tanış olub və hamısını 1-2 ay ərzində həll edə biləcəyini bildirib.
“Metak” rəhbərliyi AFFA-nın baş katibi Sərxan Hacıyevlə yaxın günlərdə görüşəcək. Komandanın divizionda iştirakına mane ola biləcək əsas səbəb bir zamanlar elitada da çıxış etmiş “Şahdağ”ın yenidən bərpa edilməsi olub.
“Şahdağ” rəhbərliyi də komandanı divizionda görmək istəyir. Məhz bu səbəbdən də AFFA eyni şəhəri iki klubun təmsil etməsinə qarşıdı.
Bu həftə sonuna kimi divizionda Qusarın hansı klubla təmsil olunacağı bilinəcək.