Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib.
İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan kuboku və İK Premyer Liqanın 8-ci turundakı bəzi qayda pozuntuları ilə bağlı qərarlar verib.
Azərbaycan kubokunun MOİK – “Turan Tovuz” matçında MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
Oyunun 50-ci dəqiqəsində “Turan Tovuz” klubunun futbolçusu Qüvvət Əmrahov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasının VIII turunun “Rəvan” – “Kəpəz” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Oyunun 59-cu dəqiqəsində “Rəvan” klubunun futbolçusu Kənan Manafov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
Oyunun 87-ci dəqiqəsində “Rəvan” klubunun futbolçusu Novruz Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
Oyunun 90+1-ci dəqiqəsində “Rəvan” klubunun futbolçusu Orxan Lalayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasının VIII turunun “Neftçi” – “Qəbələ” matçında “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.