İdman

AFFA-da yeni sədrin seçiləcəyi gün bəlli oldu

AFFA Klublar Komitəsinin (KK) növbəti iclası keçiriləcək.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, görüş martın 15-də olacaq.

Saat 11:00-da “Bulvar Otel”də otelində bir araya gələcək komitə üzvləri 2018-ci ilin ilk iclasında yeni sədr seçəcək. Ötən ilin sonundan KK-nın sədri olan Orxan Hüseynzadə “Neftçi”nin prezidenti vəzifəsindən ayrılıb. Buna görə də, KK-da onu  başqa üzv əvəz etməlidir.
 
Qeyd edək ki, Klublar Komitəsinin son iclası 2017-ci il dekabrın 13-ü keçirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43